Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” şirkəti “Z30” smartfonunu təqdim edib


Kanadanın "BlackBerry" şirkəti "BlackBerry 10.2" əməliyyat sistemi ilə işləyən yeni "Z-30" modelini təqdim edib. Sözügedən cihaz Kuala-Lumpurda nümayiş etdirilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki,  şirkətin vitse-prezidentlərindən biri Karlo Çiarello deyib ki, bu model "BlackBerry"nin bütün smartfonları arasında ölçüsünə görə ən böyük, sürətli və funksional imkanlarına görə ən qabaqcıl nümunəsidir.

"Z-30" smartfonu 12,7 santimetr diaqonallı sensor ekran və 1.7 QHs takt tezlikli prosessorla təchiz edilib. Avtonom iş vaxtı 25 saat təşkil edir.

Gələn həftə Böyük Britaniya və Yaxın Şərqdə, ilin sonunadək başqa regionlarda "Z-30" smartfonunun satışlarına başlanılacaq.

Smartfonun qiyməti hələ açıqlanmayıb.

Emil Hüseynov




19/09/13    Çap et