Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 7” əməliyyat sistemi istifadəyə verildi


“Apple” şirkəti dünən mobil qurğuları üçün “iOS 7” yeni əməliyyat sistemini istifadəyə verib.

“iOS 7” platforması “iPhone 4”, “4s” və “5” smartfonları, “iPad 2”, “3”, “4” və “Mini” planşetləri və beşinci nəsil “iPod touch” pleyerlərinə yüklənə bilər. Yeniləmə paketinin həcmi 700 MB-dan çoxdur. Onu “Wi-Fi” vasitəsilə quraşdırmaq olar. Yüklənmə zamanı aparatı enerji mənbəyinə qoşmaq tövsiyə edilir.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, əməliyyat sistemində şrift və ikonkalar yenidən işlənib, yeni qrafik effektlər yaradılıb.

“iOS 7” mobil əməliyyat sistemində “AirDrop” protokolunun (“Wi-Fi” vasitəsilə fayllarla mübadilə etməyə imkan verir) dəstəklənməsi və sazlamalara sürətli giriş üçün "İdarə bölməsi" menyusu kimi yeni funksiyalar istifadəyə verilib. “Apple”, həmçinin çoxməsələlik texnologiyası üzərində işləri tamamlayıb, "Kamera" tətbiqini və “Safari” brauzerini yeniləyib və “Siri” səs köməkçisinin imkanlarını genişləndirib.

“iOS 7” platformasının hazırlanmasına “Apple”ın vitse-prezidenti Conatan Ayv rəhbərlik edib.

Emil Hüseynov




19/09/13    Çap et