Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“USB 3.0” standartlı fləş yığıcıların tətbiqi zəif gedir


Tayvanın “TrendForce” analitik şirkətinin tədqiqat bölməsi “DRAMeXchange” ekspertləri hesab edirlər ki, bazarda “USB 3.0” standartlı fləş yığıcıların yayılması gözlənildiyindən daha zəifdir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2013-cü ilin ikinci rübündə  “USB 3.0” interfeysini dəstəkləyən fləş yığıcıların tədarük həcmi 5-6 milyon olub. Birinci rübdə də tədarük həcmi bu qədər olub. Bunu nəzərə alaraq, cari ilin birinci yarısında bazarda sözügedən məhsulun nüfuzetmə səviyyəsi yalnız 5% olub.

Lakin 2014-cü ildə “USB 3.0” fləş yığıcıların tətbiqi daha aktiv getməlidir. Sözügedən məhsulu çoxlu sayda istehsalçılar buraxmağa başladıqdan sonra bazarda onun nüfuzetmə dərəcəsi 20-25%-ə çatacaq.

Emil Hüseynov
 
 




19/09/13    Çap et