Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” qrafik fayllara baxış üçün proqram təminatı istehsalçısını satın alıb



 Amerikanın “IBM” şirkəti qrafik fayllara baxış üçün “Daeja” proqram təminatı istehsalçısını satın alıb. Sazişin maliyyə şərtləri açıqlanmır.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, dünyanın 4 mindən çox şirkəti “Daeja” proqram təminatından istifadə edir. Sözügedən proqram 400-dən çox qrafik fayl formatına baxmağa  icazə verir.
“Daeja”nın tərtibatçıları “IBM” şirkətinin proqram təminatı və korporativ kontentin idarəolunması sistemi (ECM) ilə məşğul olan bölməsində işləyəcək.

Qeyd edək ki, “Daeja” şirkətinin əsası 1997-ci ildə qoyulub. Onun qərargahı Böyük Britaniyada yerləşir.

Emil Hüseynov




20/09/13    Çap et