Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən sürətli brauzer hansıdır?


“Windows 7” əməliyyat sistemi üçün “Internet Explorer”  (IE) brauzerinin ilkin versiyası digər brauzerlərlə müqayisədə 30% daha sürətli işləyir. “Microsoft” şirkəti “SunSpider” və başqa testlərə istinad edərək bu barədə məlumat verib.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “IE” brauzeri “Chakra”, “Javascript” mühərriki sayəsində yaxşı göstəricilərə nail olub.

“Microsoft” şirkətinin öz bloqunda yerləşdirdiyi qrafikə əsasən, “IE11” brauzeri göstəricilərinə görə “Chrome 29”, “Firefox 23” və “Opera 16” brauzerlərini ötüb.
 
Emil Hüseynov
 




20/09/13    Çap et