Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın direktoru “Twitter”də hesab açıb



"Apple" şirkətinin icraçı direktoru "Twitter" mikrobloqlar hesabında özünə hesab açıb. Kuk ilk xəbərində "iPhone 5s" və "iPhone 5c" smartfonlarının satış startına dair təəssüratlarından danışıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bir neçə saat ərzində Kukun tviti 4500 dəfə retvit olunub və onun "Twitter" hesabına 100 mindən çox istifadəçi abunə olub.

Xatırladaq ki, "iPhone 5s" və "iPhone 5c" smartfonlarının satışı sentyabrın 20-də başlanıb.

Emil Hüseynov
 
 
 




23/09/13    Çap et