Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti “Vu 3” planşetofonu təqdim edib


“LG” şirkəti “Vu 3” planşetofonunu təqdim edib. Model 1280×960 piksel təsvir ölçülü və tərəflərinin nisbəti 4:3 olan 5,2 düymlük “IPS” ekranla təchiz edilib. Yeni cihaz 2,26 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru ilə təchiz edilib. “Android 4.2.2” əməliyyat sistemi quraşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “LG Vu 3” planşetofonu 2 QB əməli yaddaş, “microSD” slotu, işıq diodu işıqlandırıcısına malik əsas 13 meqapiksellik kamera və  2,1 meqapiksellik ön kamera var. Smartfon, həmçinin stilusla təchiz edilib.

“LG Vu 3” smartfonu sentyabrın 27-də nümayiş etdiriləcək. İlk öncə  smartfon yalnız Cənubi Koreyada əlçatan olacaq. Qurğunun qiyməti açıqlanmır.

Emil Hüseynov




23/09/13    Çap et