Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Eurovision-2012" müsabiqəsinin biletləri onlayn satılacaq


"CAT Brain Entertainment" şirkəti yaxın vaxtlarda Bakı şəhərinin bütün mədəni obyektlərinin kassalarını (Heydər Əliyev adına saray, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və s.) iticket.az elektron ticarət sisteminə qoşmağı planlaşdırır. Bu barədə "CAT Brain Entertainment" şirkətinin direktoru Qüdrət Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, bu istiqamətdə işlər sentyabrda başa çatmalıdır, bundan sonra şirkətin planlarına "Eurovision-2012" müsabiqəsinə biletlərin onlayn satışı daxildir. Biletllər artıq noyabrda satılmağa başlaya bilər.
Hazırda elektron ticarət sistemində şəxsi qeydiyyatla yanaşı, sistemin Facebook, "V kontakte", "Odnoklassniki", Google + и Mail.Ru kimi sosial şəbəkələrə inteqrasiyası üzrə işlər də başa çatıb. "Bu, adı çəkilən sosial şəbəkələrdə qeydiyyatdan keçən istifadəçilərə biletləri bilavasitə bu şəbəkələrin internet resursları vasitəsilə almağa imkan verir. Ödəniş Visa International və Master Card beynəlxalq ödəniş sistemləri ilə edilir, ilin sonunadək isə ödənişi WebMoney və PayPal sistemləri ilə də etmək mümkün olacaq", - Əliyev əlavə edib.
"CAT Brain Entertainment" şirkətinin rəhbərinin dediyinə görə, hazırda elektron ticarət sisteminə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının da qoşulması üzrə işlər başa çatmaq mərhələsindədir. Bu, futbol oyunlarına biletləri almağa imkan verəcək.




11/08/11    Çap et