Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni "iPhone" smartfonlarının satış həcmi rekord qırıb


"Apple" şirkəti yeni smartfonlarının (iPhone 5S və iPhone 5C) satış həcmi haqqında hesabat verib. Amerika şirkəti 3 gün ərzində 9 milyon yeni smartfon satıb.

"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, ekspertlər bunu Çin istifadəçilərinin "Alma" şirkətinə böyük marağı ilə izah edirlər.

Xatırladaq ki, bir il bundan əvvəl "iPhone 5" smartfonu satışa çıxarıldıqda ilk 3 gün ərzində 5 milyon ədəd nüsxə satılmışdı.

Emil Hüseynov




24/09/13    Çap et