Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 5S” və “iPhone 5C” smartfonlarının ilk partiyası Azərbaycana gətirildi


Dünyada milyonlarla insanın sevimli brendi olan “Apple” şirkətinin ölkəmizdəki pərəstişkarlarının sayı durmadan artır. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da bu şirkətin  çoxsaylı pərəstişkar ordusu var və onlar sentyabr ayının 20-də relizi reallaşan “iPhone 5S” və “iPhone 5C” smartfonlarını əldə etmək üçün səbirsizlənirlər. Elə isə onlara şad xəbərimiz var: “Artıq yeni smartfonları  şəhərimizin mobil telefon dükanlarından əldə edə bilərsiniz”.
 
“Caspianmobile” şirkətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, yeni smartfonların ilk partiyası ölkəmizə gətirilib.
 
Şirkətdən bildirilib ki, yeni “iPhone 5s” və “5c” modelləri  öz rəngarəngliyi ilə  tezliklə mobil telefon dükanlarının vitrinlərini bəzəyəcək.
 
 
Məlumat üçün bildirək ki, “iPhone 5s” və “5c” modellerinin  satışlarına ilk növbədə 9 dövlətdə başlanılıb. Bu dövlətlərdən sonra “iPhone” telefonları “Caspianmobile” şirkətinin distribüterliyi ilə Azərbaycana gətirilib.
 
Beləliklə, azərbaycanlı istifadəçilər də yeni “iPhone” smartfonlarının funksionallığı, gözəlliyi və zərifliyi ilə yaxından tanış ola biləcəklər.




24/09/13    Çap et