Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti oktyabrın 22-də “Lumia 1520” smartfonunu nümayiş etdirəcək


“Nokia” şirkəti oktyabrın 22-də Əbu-Dabidə növbəti “Nokia World” sammitini keçirəcək. Şirkətdəki mənbələr bildirib ki, şirkət qarşıdakı “Nokia World” çərçivəsində ehtimal ki, “Lumia”-nın böyük ekranla təchiz edilmiş yeni smartfonunu (kod adı “Bandit”) təqdim edəcək.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Bandit” kod adına malik smartfonun ekranının 6 düymlük sensor ekran ilə təchiz ediləcəyi və “Windows Phone 8” əməliyyat sistemi ilə işləyəcəyi gözlənilir.

Emil Hüseynov







25/09/13    Çap et