Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yenidən dünyanın ən yenilikçi şirkətidir


“The Boston Consulting Group” dünyanın ən yenilikçi şirkətlərinin reytinqini tərtib edib. “Apple” şirkəti birinci yerdə qərarlaşıb. Xatırladaq ki, adıçəkilən şirkət 2005-ci ildən bu pilləni heç kimə vermir. “Samsung” şirkəti ikinci, “Google” korporasiyası üçüncü pillədə yer alıb. Qeyd edək ki, 2008-ci ildə koreyalılar reytinqin ortalarında yerləşirdi və “Google” isə 7 il ikinci yerdə qərarlaşıb.

İlk onluqda “Microsoft” (4), “IBM” (6), “Amazon” (7) şirkətləri qərarlaşıblar. “Facebook” 5-dən 12-ci yerə düşüb. Dünyanın ən yenilikçi şirkətlərinin “TOP-10”-da, həmçinin “Hewlett-Packard” (16), “Lenovo” (22) və “LG” (25) şirkətləri yer alıb.

“The Boston Consulting Group” 2005-ci ildən müxtəlif ölkələrdə yerləşən şirkət nümayəndələri arasında sorğu keçirmək üsulu ilə reytinqi  tərtib edir. 2013-cü ildə 1500-dən çox top-menecer sorğuda iştirak edib.

Emil Hüseynov
 




26/09/13    Çap et