Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın hərbi qulluqçuları kompüter dəstəkli komanda-qərargah təlimində iştirak edib


Sentyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə “ETERNITY 2013” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
 
 Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisləri, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti, Amerika Birləşmiş Ştatlarının hərbi dəniz, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin hərbi attaşeləri iştirak ediblər.

CAHANGİR




28/09/13    Çap et