Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla Firefox 7” sələflərindən daha kompakt olacaq


“Mozilla Firefox 7” səyyahı yaddaş itkilərinin aradan qaldırılması hesabına məhsuldarlıqda əhəmiyyətli artıma nail olmağa söz verib. Proqramçı Nikolas Neterkot bildirib ki, daha əvvəl elan edilmiş “MemShrink” layihəsi səyyahın yeddinci versiyasında reallaşdırılacaq.
"Firefox 7” “Firefox 6, 5, 4” səyyahlarından fərqli olaraq daha az yaddaş sərf edəcək: azaldılma 20-30% və hətta bəzi məsələlər üzrə 50% təşkil edəcək. Bu isə o deməkdir ki, “Firefox 7” səyyahı daha sürətli olacaq. Hal-hazırda bir çox saytı eyni anda açdıqda “Firefox” səyyahı çox əməli yaddaş sərf edir və kifayət qədər ləng işləyir”- deyə o bildirib.
Neterkotun sözlərinə görə, “Firefox 7” səyyahında yaddaşla işin yeni sistemi tətbiq olunacaq, bunun sayəsində isə bu versiya sələflərdən daha kompakt olacaq. Hazırda “Firefox 7” “Aurora-kanal” halındadır, avqust ayının 16-dan sonra beta versiyaya keçəcək. Şirkətin ayyarımlıq qrafikinə əsasən, final versiyası, sentyabr ayının 27-də təqdim olunacaq.


cybersecurity.ru




11/08/11    Çap et