Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 9 ay ərzində 500-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ)  bu ilin 9 ayı ərzində 543 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.

DRİ-dən verilən məlumata görə, 580 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV)  texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  aşkarlanan 543 ədəd radioelektron vasitədən  256 ədədi möhürlənib, 32 ədədi istismardan çıxarılıb, 36 ədədi qeydiyyata salınıb və 219 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 50 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR




02/10/13    Çap et