Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cari ilin ilk 9 ayında 5005 ədəd radioelektron vasitəsi qeydiyyata alınıb


2013-cü ilin ilk 9 ayı ərzində  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 381 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.  
 
DRİ-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, onlardan 72 istifadəçi dövlət, 256 istifadəçi kommersiya, 25 istifadəçi xarici təşkilat və 28 istifadəçi isə fiziki şəxslərdir.
 
 
İlin müvafiq dövrü ərzində 5005 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 42905 ədəd təşkil edir.
 
 
SEYMUR




02/10/13    Çap et