Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşların NƏZƏRİNƏ!



     Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oktyabr ayının   4-də saat 11:00-da Biləsuvar rayonunda (Biləsuvar, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Biləsuvar rayonunda 5-13-35

Şirvan şəhərində  5-05-04

Hacıqabul rayonunda 4-10-01

Sabirabad rayonunda 5-51-55

Saatlı rayonunda 5-21-26

Salyan rayonunda 5-50-10

Neftçala rayonunda 3-36-28

Cəbrayıl rayonunda 4-38-99

nömrəli telefonlara zəng etmələri xahiş olunur.




02/10/13    Çap et