Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər internet imperiyalarının xəritəsini tərtib ediblər


Oksford Universitetinin britaniyalı alimləri internet imperiyalarının xəritəsini tərtib ediblər. Onlar 2013-cü il avqustun 12-nə olan vəziyyətə görə “Alexa” resursunun məlumat bazası üzrə statistikanı təhlil ediblər və dünya xəritəsini ən çox ziyarət edilən saytlar üzrə rəngləyiblər.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki,  “Google” və “Facebook” lider olub. Sözügedən resurslar müvafiq olaraq 62 və 50 ölkədə ən populyar resurslardır. Həmçinin Çin və Cənubi Koreyada hökmranlıq edən “Baidu” portalını qeyd etmək lazımdır.

Emil Hüseynov
 
 
 




03/10/13    Çap et