Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət provayderlərinin internet xidmətləri bazarında payı azalır


Azərbaycan internet xidmətləri bazarında son bir ay ərzində dövlət provayderi “Aztelekom”un xeyrinə dəyişiklik müşahidə olunub.
 
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Aztelekom”un və “Bakinternet”in payı cüzi azalaraq müvafiq olaraq 16,4% və 22,5%  təşkil edib.
 
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Bakinternet”, “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti ötən ay da davam ediblər.
 
Son bir ay ərzində “Uninet”in payı 1% artaraq 12,7% təşkil edib, “Azeronline”nın payı artaraq 9,4%, “Dataplus” şirkətinin bazar payı 6,5%, “Connect” şirkətinin bazar payı ötən ay olduğu kimi 6,14% təşkil edib.
 
Onların ardınca 4,7% bazar payı ilə “Azqtel”,  2,7% –“Adanet”,  2,5% –“Ultel”, 2,6% - “Azstarnet”, 1,9% -Smart, 1,6% - “Avirtel”, 1,6% -   “Azeurotel”, 2,2% - “Castel” qərarlaşıb. Digər provayderlər bazarda çox kiçik 0,01–1,21% ətrafında paya malikdirlər.
 
Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 
 




04/10/13    Çap et