Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” profilləri birləşdirdi


Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “Faces of Facebook” proqramı yaradıb.
Bir səhifədə şəbəkədə qeydiyyatdan keçmiş hər kəsin fotosunu görmək olar. Beləcə ilk baxışdan anlaşıqsız rəngli ekran milyarddan çox istifadəçinin profil fotolarından ibarətdir.

Fotolar xronoloji ardıcıllıqla yerləşdirilib. Ekranda həm də şəbəkə istifadəçilərinin hər saniyə dəyişən sayını görmək olur. Hazırda “Facebook”da 1 278 840 000 adam qeydiyyatdan keçib.


Kamal Hacıyev




04/10/13    Çap et