Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” saytında reklam yerləşdiriləcək


“Instagram” fotohostinq xidmətindən verilən məlumata əsasən, Amerika auditoriyası üçün istifadəçi fotolentlərində reklam nümunələri yerləşdiriləcək. "Gələcəklə bağlı böyük ideyalarımız var, lakin onları reallaşdırmaq üçün güclü biznes yaratmaq lazımdır" – “Instagram” komandası deyib.


Xatırladaq ki, “Instagram” xidməti ilin əvvəlində “Facebook” tərəfindən 1 milyard dollara satın alınıb. Hazırda “Instagram”ın istifadəçilərinin sayı təxminən 150 milyon təşkil edir.


“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  sözügedən xidmətin direktoru Kevin Sistrom deyib ki, reklam sisteminin tətbiqi şirkətin öz gələcəyini təmin etməsinə lazımdır.

Emil Hüseynov
 




04/10/13    Çap et