Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” istifadəçiləri gündə təxminən 500 milyon tvit dərc edirlər


Bu ilin iyun ayının sonuna olan məlumatlara görə, “Twitter”in aylıq aktiv auditoriyası 18 milyon istifadəçini ötüb. Bu, ötən illə müqayisədə 44% çoxdur. Hər gün xidmətdən təxminən 100 milyon insan istifadə edir.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin birinci yarısında xidmətin gəliri iki dəfə artaraq 253,6 milyon dollar olub. Şirkət stabil olaraq satış həcmini artırır, lakin 2010-2012-ci illərdə və  2013-cü ilin yanvar-iyun ayları ərzində gəlirli səviyyəyə çıxa bilməyib.

Emil Hüseynov




04/10/13    Çap et