Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” çərşənbə axşamı düzəlişlər dəstini təqdim edəcək


Ötən həftənin cümə günü “Microsoft”dan bildirilib ki, korporasiya proqram təminatı üçün düzəlişlərin oktyabr dəsti çərçivəsində “Windows” və “Internet Explorer”də aşkar edilmiş boşluqları aradan qaldıran səkkiz düzəliş dəsti buraxacaq.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, düzəlişlər dəstinin çərşənbə axşamı saat 21:00-da istifadəçilərə əlçatan olacağı gözlənilir.

Emil Hüseynov




07/10/13    Çap et