Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Avropa və Cənubi Amerika telekanalları üçün statistika toplayacaq



“Facebook” sosial şəbəkəsi Fransa, Böyük Britaniya, Almaniya və Braziliyanın nəhəng televiziya şirkətləri ilə kanallara baxış sayının statistikasını bölüşəcək. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.
Sosial şəbəkə istifadəçilər tərəfindən populyar televiziya şou proqramları və serialların müzakirələri ilə bağlı məlumatları toplayaraq təhlil edəcək, bundan sonra onları telekanal nümayəndələrinə ötürəcək. Yeni saziş çərçivəsində “Facebook”un tərəfdaşları qismində “TF1”, “BBC Channel 4”, “ARD” və digər kanallar çıxış edəcək. Ümumilikdə isə proqrama 8 ölkənin 10 televiziya şirkəti qoşulacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Facebook”un ABŞ-ın bir sıra telekanalı ilə əməkdaşlığa başlaması məlum olub və bunun nəticəsində auditoriyanın bu və ya digər proqramlara reaksiyası haqqında sosial hesabatları “ABC”, “NBC”, “Fox” və “CBS” kanalları almağa başlayıb.  

Cari ilin sentyabrın sonunda sosial şəbəkə internet nəşrləri ilə iş üzrə proqramı işə salaraq istifadəçi fəallığı haqqında “Buzzfeed” və “Slate” saytlarına informasiyanı sınaq rejimində təqdim edib. Bundan başqa, elektron KİV nümayəndələri sosial şəbəkədə məqalələrin başlıqları və əsas sözləri üzrə kontent axtarmaq imkanı əldə ediblər. 




07/10/13    Çap et