Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində növbəti təlimlər yaxın zamanda başlayacaq



Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda yaxın zamanda “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlimlər keçiriləcək.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, təlimlərin 21-25 oktyabr tarixlərdə keçirilməsi nəzərdə tutulub.

Hazırda qeydiyyatdan keçən jurnalistlərin seçim prosesi aparılır. Treninqlərin mövzuları  və təlimçiləri artıq müəyyənləşib.
Təlimlərin əsas məqsədi İnformasiya Cəmiyyəti və “elektron hökumət” quruculuğu məsələlərindən yazan jurnalistlər şəbəkəsini inkişaf etdirməkdir.


Aynur Vəliyeva




07/10/13    Çap et