Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SİNAM” şirkətinin “HP PartnerOne” status yenilənib http://www.sinam.net/upload/HP.jpg


“SİNAM” şirkətinin “HP PartnerOne” statusu 2014 maliyyə ili üçün təsdiq edilib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “HP” şirkətinin verdiyi məlumata görə, bu il keçirilən attestasiyanın nəticələrinə əsasən “SİNAM” şirkətinə 2014 maliyyə ili üçün "HP Silver Networking Specialist”, “HP Silver Partner – PPS Hardware”, “HP Enterprise Business Partner” istiqamətləri üzrə “HP Silver Partner” statusu verilib.

“SİNAM” şirkətinin “HP” ilə qarşılıqlı fəaliyyəti sayəsində bu sahədəki ən davamlı partnyorluq proqramı təkmilləşdirilib və yenilənib. “SİNAM” şirkəti “HP PartnerOne” proqramının iştirakçısı kimi müxtəlif informasiya resurslarına müraciət etmək imkanı əldə edir. “HP” şirkəti ilə əməkdaşlığın üstünlükləri aşağıdakılardan ibarətdir: xüsusi qiymətlərə və marketinq fondlarına müraciət imkanı, kompensasiya proqramlarında iştirak, fərqləndirmə loqotiplərindən və avtorizasiya sertifikatından istifadə etmək imkanı, şirkətin hp.com saytında “HP” partnyoru kimi göstərilməsi, yeni biznes perspektivləri və sövdələşmələrin qeydiyyatı. 

Aynur Vəliyeva




08/10/13    Çap et