Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı şəxsi məlumatların qorunması haqda ümumi qanun qəbul edir


Avropa ölkələrinin ədliyyə nazirlərinin şəxsi məlumatların qorunması haqda ümumi qanunu bütün Avropa İttifaqı ərazisində işləməlidir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Brüsseldə bildirilib ki, hazırda birliyə daxil olan 28 ölkə fakt olaraq 28 cür müxtəlif şəxsi məlumatların qorunması haqda qanuna malikdir.
Yeni qanun vahid qanunun və vətəndaşlarla dövlətin məxfi və fərdi məlumatları ilə iş modelinin yaradılmasına istiqamətlənib. Bu layihənin təşəbbüskarı kimi Avropa komissarı Vivian Redinq çıxış edir.

Qaydalara əsasən, personal məlumatlar bir neçə Avropa İttifaqı ölkəsində şirkət tərəfindən emal edilir, yalnız bir nəzarət orqanı monitorinqi həyata keçirməlidir. Burada məlumatları emal edən şirkətin əsas nümayəndəliyi yerləşən ölkənin nəzarət orqanı nəzərdə tutulur.

Fransa tərəfi öncədən milli qurum səviyyəsində birgə nəzarətə çağırırdı, lakin digər Aİ ölkələri bu modelə qarşı çıxıblar. Belə ki, "One-Stop Shop" sisteminin “Facebook” və ya  “Google” kimi Amerika şirkətlərinə əhəmiyyətli təsiri var. Bu gün bu şirkətlər məlumatların emalını və saxlanılmasını bir ölkədə həyata keçirirlər, halbuki, nümayəndəlikləri və maliyyə vəsaitləri digər ölkələrdə fəaliyyət göstərir və toplanır. Avropada bu İrlandiyadır, harda kı, şirkətlər əsas nümayəndəliyə malikdir.

"Bizim  məqsədimiz  Aİ üçün ümumi qaydalar yaratmaq və həmçinin milli tənzimləyicilər üçün inzibati maneələri azaltmaqdır", - deyə Litvanın ədliyyə naziri Yuozas Bernatonis bildirib.

Redinqin sözlərinə əsasən, bu gün layihə Avropa Parlamentinə baxılmaq üçün göndərilməlidir. Qeyd etmək lazımdır ki, bu layihə ilə eyni qanun paketində “unudulmuş olmaq hüququ” qeyri-rəsmi adlı, konkret istifadəçi haqda məlumatların silinməsini nəzərdə tutan layihədə baxılmaq üçün təqdim edilib.

Aynur Vəliyeva




08/10/13    Çap et