Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un işçiləri üçün treninqlər keçirəcək şirkət müəyyən edilir


Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un işçiləri üçün maliyyə xidmətlərinin göstərilməsi üzrə treninqlər keçirəcək şirkətin seçimi aparılır.

 “Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda tenderdə iştirak edəcək şirkətlərə şərtlər toplusu paylanılıb.
“Tenderdə 3 alman şirkəti, Yeni Zelandiya, Böyük Britaniya və yerli şirkətlər olmaqla 6 şirkət  iştirak edəcək. Tenderin qalibi noyabr ayının ilk ongünlüyündə müəyyən ediləcək”,- deyə “Azərpoçt”da bildiriblər.

Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihə Dünya Bankı tərəfindən idarə edilir.

Aynur Vəliyeva
 




09/10/13    Çap et