Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika prezidenti “Samsung”un smartfonlarının idxalına qadağanı qüvvədə saxlayıb


ABŞ prezidenti Barak Obama “Samsung”un bəzi smartfon modellərinin adı çəkilən ölkəyə idxalına qoyulmuş qadağaya dair ABŞ Beynəlxalq Ticarət Komissiyasının (ITC) qərarını ləğv etməyib.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti “Samsung Galaxy S II”, “Samsung Continuum” və “Transform” daxil olmaqla bir sıra qurğularda ona məxsus patentlərə dair hüquq pozuntusu gördükdən sonra Amerika istehsalçısı rəqibin məhsulunun bir hissəsini ABŞ-a idxal etmək imkanından məhrum edilməsi tələbi ilə komissiyaya müraciət edib.

“ITC” “Apple” şirkətinin tərəfini saxlayıb və bu, Tim Kukun rəhbərlik etdiyi şirkətin “Samsung Electronics” ilə uzun müddət davam edən hüquq mübarizəsində kiçik qələbəsi sayıla bilər. Qeyd edək ki, yuxarıda adı çəkilən aparatlar artıq köhnəlib və ölkəyə tədarük olunmur, buna görə də komissiyanın qərarı Cənubi Koreya nəhənginin maliyyə göstəricilərinə çətin ki güclü zərbə vuracaq.

Emil Hüseynov




10/10/13    Çap et