Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən "həssas" sensor ekrana malik planşetlərin adı açıqlanıb


“Agawi” şirkəti ən “həssas” (toxunuşa daha sürətli reaksiya verən) ekrana malik planşet kompüterlərini aydınlaşdırmaq üçün onları sınaqdan keçirib. “iPad 4” və “iPad Mini” lider olub, lakin “Nexus 7” (121) və “Galaxy Tab 3 8.0” (124) planşet kompüterləri özlərini heç də yaxşı tərəfdən göstərməyiblər.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “iPad Mini”də toxunuşa reaksiya 75 millisaniyə, “iPad 4”-də isə 81 millisaniyə təşkil edib. “Microsoft Surface RT” planşetində sözügedən göstərici 95 millisaniyə olub.

Yeni “Kindle Fire HD” aşağı nəticə göstərib: o, toxunuşlara 114 millisaniyə müddətində reaksiya verib.

Emil Hüseynov




10/10/13    Çap et