Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Batareya texnologiyası sahəsində inqilab olacaq


"LG"-nin mobil aləmə istiqamətlənmiş innovativ həmlələrinin arası kəsilmir. Cənubi koreyalı istehsalçı indi də üç yeni batareya texnologiyasını rəsmi olaraq təqdim edib. Belə ki, Cənubi Koreyanın ikinci böyük mobil alətlər istehsalçısı olan "LG" innovativ addımlarına birini də əlavə edib.
 
Ötən günlərdən birində bükülə bilən "OLED" ekranını təqdim edən şirkət indi də inqilaba səbəb olacaq 3 yeni batareya texnologiyasını elan edib. Bu yeni texnologiyalardan biri "LG"-nin satışa çıxardığı bir modelində öz əksini tapıb. Digər ikisi isə bükülə bilən smartfonların gəlişi ilə həyatımızda strateji önəm daşımağa başlayıb. Beləliklə, texnologiyalar aləmində inqilaba səbəb olacaq batareyalar ikiqat batareya, bükülə bilən batareya və məftilli batareyadır.
 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən "VikiHərəkat" çərçivəsində "http://viki.agta.az/" saytı qeyd edir ki, ikiqat batareya - ilkin olaraq "LG G2"-də işlənən bu batareya içərisindəki enerji saxlayan molekulların sıxılaraq daha artıq enerji saxlamasını təmin edir.
 
Enerji saxlaması ilə məşhur olan "LG G2"-nin sirri də elə budur. Bükülə bilən batareyaya gəlincə, bükülə bilən telefonların yaranması ilə daha da inkişaf edəcək olan bu batareyadan da "LG G2"-də istifadə olunmuşdu. Bu batareyalar telefonun formasına uyğun olaraq kənarlı yox, bükülən olacaq.
 
Məftilli batareya – "LG" məftilli batareya adını verdiyi yeni bir texnologiya ilə meydandadır. Bir məftil elastikliyinə malik batareyalar demək olar ki, istilik buraxmır. Belə batareyalar sonradan bükülə bilən olmaqla da faydalıdır. Hər üç yeni texnologiya "LG" məhsullarından başlayaraq bütün dünyaya yayılacaq.
 
 
Həqiqət İSABALAYEVA




11/10/13    Çap et