Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cenevrədə “Dövlət sektorunda innovasiya” mövzusu üzrə beynəlxalq siyasət dialoqu keçirilir


İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində İnnovasiya və Rəqabətlilik Siyasətləri üzrə Mütəxəssislər Qrupunun VI sessiyası keçirilir.

Sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Beynəlxalq Əlaqələr İdarəsinin şöbə rəisi, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova iştirak edirlər.
 
 
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, oktyabrın 10-da başlamış mötəbər tədbirdə "Dövlət sektorunda innovasiya" mövzusu üzrə beynəlxalq siyasət dialoqu keçiriləcək və Qrupun 2014-2015-ci illər üçün iş proqramı formalaşdırılacaq. Bununla yanaşı, sessiya çərçivəsində Mütəxəssislər Qrupunun Bürosunun yeni üzvləri seçiləcək.
 
 
Həqiqət İSABALAYEVA
 




11/10/13    Çap et