Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Voznyak Cobs haqqında çəkilmiş filmi bəyənməyib


Amerikanın "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak həmkarı Stiv Cobs haqqında bioqrafik filmin sujetindən narazı qalıb.

Moskvada keçirilən "İT-Lider" forumunun iştirakçılarının suallarına cavab verərkən bu barədə deyib.
“ICTnews” elektron xəbər xidməti saytına istinadən bildirir ki, “Apple” şirkətinin banisi haqqında "Cobs" filmi bu il ekranlara çıxarılıb. "Əlbəttə ki mən Stiv Cobs haqqında filmi seyr etmişəm. Deyərdim ki film maraqsız alınıb, buna görə yalnız aktyoru günahlandırmaq olmaz" – Voznyak deyib.

Onun sözlərinə görə, filmdə bir çox yanlışlıqlara yol verilib, Stiv Cobs isə heç kəsi dinləmək istəməyən və özünə çox inanan insan kimi qələmə verilib. Əslində isə o, hamıdan ağıllı olduğunu göstərməyə çalışmayıb" –  Voznyak qeyd edib.

Qeyd edək ki, Stiv Voznyak 1976-cı ildə Stiv Cobsla birgə “Apple” şirkətinin əsasını qoyublar.

Emil Hüseynov
 




11/10/13    Çap et