Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF Müşahidə Şurası qrant müsabiqələri ilə bağlı yeni sənəd hazırlayacaq



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası yeni təşəbbüs ilə çıxış edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şuranın üzvləri bildirib ki,  qrant müsabiqəsinin keçirilməsi ilə bağlı yeni sənədin hazırlanması məsələsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən baxılır.
Şuranın üzvləri qrant layihələrinin qiymətləndirilməsi meyarlarını müəyyən edən ayrıca sənədin hazırlanmasını təklif ediblər.

Qeyd edək ki, müşahidə şurası işə başladığı müddət ərzində artıq fondun fəaliyyətini tənzimləyən altı sənəd müzakirə edərək təsdiqləyib.

Aynur Vəliyeva
 




12/10/13    Çap et