Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzeri “Windows XP” əməliyyat sistemini 2015-ci ilin aprelinədək dəstəkləyəcək


"Google" şirkətindən bildirilib ki, "Chrome" brauzeri 2015-ci ilin aprelinə qədər "Windows XP" əməliyyat sistemini dəstəkləyəcək. Xatırladaq ki, bundan bir il əvvəl "Microsoft" korporasiyası "Windows Xp" ƏS-I üçün düzəlişlər çıxarmağı dayandıracaq. Yalnız korporativ müştərilər və dövlət strukturları istisnadır.

Xatırladaq ki, İT təhlükəsizlik sahəsində ekspertlərin fikrincə, gələn il aprelin 8-dən etibarən kibercinayətkarlar "Windows XP" ƏS-nin boşluqlarından fəal istifadəyə başlayacaq.

Emil Hüseynov




17/10/13    Çap et