Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sloveniyanın İKT şirkətləri Azərbaycana gəlir


Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək. Forum oktyabrın 22-də Sloveniya biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda reallaşacaq.
 
Foruma turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq və təhsil sektorlarını təmsil edən 50-dən artıq sloveniyalı iş adamının qatılacağı gözlənilir. Azərbaycan sahibkarları tədbirdə iştirak edə bilər.
Tədbirdə şirkəti təmsil edəcək şəxs adını, soyadını və vəzifəsini qısa müddət ərzində "govchuyev@azpromo.az" elektron ünvanına göndərməlidir.
 
 
SEYMUR




17/10/13    Çap et