Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda “Evədək optika” layihəsi uğurla davam edir


Naxçıvan Muxtar Respublikasında "Yeni Nəsil" telekommunikasiya sisteminin tətbiqi uğurla davam etdirilir. "Evədək optika" layihəsinin icrası da həmin tədbirlərin davamıdır. Layihə "GPON (Giqabit Passive Optical Network)" avadanlığı vasitəsi ilə həyata keçirilir.

"GPON" avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksəksürətli internet, videotelefon və "İP televiziya" adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək, mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də, ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit saniyəlik buraxma zolağı təqdim edilir.

"GPON" avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayırıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan əlavə, bu avadanlıqlardan istifadə etməklə abonentlər bir xətlə iki telefon nömrəsini işlətmək imkanı qazanacaqlar.

Həmçinin bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə imkan verir.

Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub.   İstifadəçiyə yuxarıda qeyd olunanlardan əlavə, evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, elektron ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlar yaradır.

RƏVAN
 




18/10/13    Çap et