Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda statistik uçotun onlayn rejiminə keçidi ilə bağlı seminar keçiriləcək


Azərbaycan Dövlət Statistika Komitəsi statistik məlumatların istifadəçiləri üçün seminar təşkil edir.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir "Sənaye və tikinti statistikası sahəsində statistik uçotun onlayn rejiminə keçidi ilə bağlı görülən işlər, yaranan problemlərin həlli yolları" və "Enerji balansı və enerji səmərəliliyini əhatə edən göstəricilər" mövzusunda keçiriləcək.

Seminar oktyabrın 25-də komitənin inzibati binasında, statistik məlumatların istifadəçilərinin və ya onların nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Aynur Vəliyeva




22/10/13    Çap et