Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

EABA-nın “Elektron Texnikası üçün Funksional Materialların Problemləri” üzrə Elmi Şurasının 6-cı illik iclası Belarusda keçiriləcək


Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) növbəti iclası 2014-cü ilin sentyabr-oktyabr aylarında Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutunda (Minsk) keçiriləcək. Bununla bağlı qərar EABA-nın “Elektron Texnikası üçün Funksional Materialların Problemləri” üzrə Elmi Şurasının 5-ci illik iclasında verilib. Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, 5-ci illik iclasda Azərbaycan alimləri də təmsil olunublar.
 
Belə ki, AMEA Fizika İnstitutunun laboratoriya rəhbərləri, EABA-nın Elmi Şurasının üzvləri, AMEA-nın müxbir üzvləri Təyyar Cəfərov və Bahadur Tağıyev, AMEA Kimya Problemləri İnstitutunun sektor rəhbəri, kimya üzrə elmlər doktoru, professor Mirsəlim Əsədov Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Radiotexnika və Radioelektronika İnstitutunda akademik Yu.V.Gulyayevin sədrliyi ilə keçirilən iclasda məruzələrlə çıxış ediblər.
 
Alimlər Moskva Fiziki-Texnika İnstitutunda Elmi Şuranın üzvlərinin apardığı mühazirələrdə iştirak ediblər.
 
Həqiqət İSABALAYEVA




23/10/13    Çap et