Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Mac Pro” dekabrda satışa çıxarılacaq


“Apple” şirkəti San-Fransisko şəhərində keçirilən mətbuat konfransında yeni “Mac Pro” kompüterinin qiymətlərini elan edib. 12 QB əməli yaddaş və 2 QB video yaddaşla təchiz edilmiş standart versiyanın qiyməti 2999 dollar olacaq. Kompüter ABŞ-da yığılacaq.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, o, 12 nüvəli “Intel Xeon E5” prosessoru ilə təchiz edilib. Əməli yaddaş həcmi artırılıb. Bundan başqa, kompüterə iki qrafik sürətləndirici əlavə edilib ki, bu da fotoşəkil və video ilə iş effektliliyini xeyli artıracaq. “Mac Pro” cari ilin dekabrında satışa çıxarılacaq.

Həmçinin bü gündən yenilənmiş “Macbook Air” və “Macbook Pro” kompüterinin satışlarına başlanılır.

Emil Hüseynov




23/10/13    Çap et