Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un direktoru ən yaxşı rəhbər adlandırılıb


“Glassdoor” analitik şirkətinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq hazırda Amerikanın böyük şirkətləri arasında ən yaxşı rəhbərdir. O, işlərin aparılmasına yanaşmasına və tabeçiliyində olanlarla münasibətlərinə görə əməkdaşların səsinin  97%-ni toplayıb. Bu ilin yazında onun reytinqi 99% olub.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ikinci yerdə “Twitter”in direktoru Dik Kostolo (96%) , həmçinin “McKinsey & Co” konsaltinq şirkətindən Dominik Barton qərarlaşıb. “Google” korporasiyasının direktoru Larri Peyc səslərin 95%-ni, “Apple”ın direktoru isə 92%-ni toplayıb.
Siyahının sonunda “Microsoft”un direktoru Stiv Balmer yer alıb.

Emil Hüseynov
 




23/10/13    Çap et