Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiberhücumların vurduğu ziyanın həcmi 78 faiz artıb



Hücumların tez-tez baş verməsi, ondan dəyən ziyanın səviyyəsi və aradan qaldırılmasına ayrılan vaxt dördüncü ildir artmaqda davam edir. Bu barədə “Ponemon Institute” şirkətinin son hesabatında deyilir.
2013-cü ildə işıq üzü görmüş “Cost of Cyber Crime Study” hesabatına əsasən, hazırda kiberhücumlardan ortaillik ziyanın həcmi 11,56 milyon dollar təşkil edir ki, bu da ilk hesabatın dərc edildiyi dörd il əvvəldən 78 faiz çoxdur. Bundan başqa, dörd il ərzində kiberhücumların nəticələrinin aradan qaldırılması üçün lazım olan orta vaxt 130 faiz artıb, bir hücumun aradan qaldırılması üçün xərclərin orta səviyyəsi 1 milyon dollardan çox təşkil edib.  

Hesabata əsasən, kiberhücumlarla mübarizə üçün xərclərin ortaillik həcmi bir təşkilata nisbətdə 11,56 milyon dollar (1,3-58 milyon dollar arası) olub ki, bu da 2012-ci ildəkindən 26 faiz (2,6 milyon dollar) çoxdur. Həftə ərzində orta hesabla 122 uğurlu hücum həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə bu göstərici 102 hücuma bərabər olub. Hücumun aradan qaldırılması üçün ayrılan orta vaxt 32 gün təşkil edib, bu işlər üçün xərclərin orta səviyyəsi gündə 1 035 769 və ya 32 469 dollar olub. Bu, ötən ildə qeydə alınan nəticədən 55 faiz çoxdur (24 gün ərzində 591 780 dollar), - “Cybersecurity www.cybersecurity.ru” yazır.    
 




24/10/13    Çap et