Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərspace-1” peyki vasitəsilə yeni bir kanal yayıma başlayıb


Azərbaycanın ilk telekommunikasiya peykinə daha bir televiziya kanalı qoşulub. Türkiyənin “FOG TV”-si də “Azərspace-1” peyki vasitəsilə yayımlanmağa başlayıb.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərkosmos” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə menecer Kamran Əliyev məlumat verib. O bildirib ki, bununla da “Azərspace-1” peyki üzərindən yayımlanan TV kanalların sayı 59-a çatıb: “FOG TV”-nin Azərbaycanın peyki üzərindən yayımı artıq bu ayın ortalarından həyata keçirilir.  Qeyd edim ki, dünyanın bir sıra televiziya kanallarının “Azərspace-1” peykinə marağı böyükdür. Ona görə də bizim peykdən yayımlanan TV kanalların sayı artmaqdadır. Bu gün artıq onların sayı 59-dur. Qısa bir zaman kəsiyində kanalların sayının bu qədər artması çox yaxşı haldır”.
 
SEYMUR




24/10/13    Çap et