Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S4” smartfonunun satış həcmi rekord qırıb


“Samsung” şirkətinin mobil bölməsinin direktoru C.K.Şin “Galaxy S4” qabaqcıl smartfonunun satış həcmi haqqında informasiya elan edib. Onun sözlərinə görə, sözügedən modelə tələbat rekord qırıb. Cihazın çıxarılması anından 6 ay müddətində 40 milyon nüsxə satılıb.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, şayiələrə görə, rekord göstəricinin qeydə alınmasına baxmayaraq, “Samsung” şirkəti nəticələrdən narazıdır. Həmçinin iddia edilir ki, Koreya şirkəti artıq gələn ilin əvvəlində “Galaxy S5” smartfonunu təqdim etmək niyyətindədir.

Emil Hüseynov




25/10/13    Çap et