Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

4.3 düymlük ekranlı “Sony Xperia Z1S” smartfonunun fotoşəkli dərc edilib


"Sony Viet" saytı "Android" platforması ilə işləyən "Sony Xperia Z1S" smartfonunun fotosunu dərc edib. Qeyd edək ki, aparat hələ elan edilməyib. Bu cihaz HD təsvir ölçülü 4,3 düymlük ekranla təchiz ediləcək, batareyanın tutumu 2300 milliamper/saat təşkil edəcək. Sonuncu 5 düymlük "Xperia Z" ilə müqayisədə aşağı göstəricidir. Hələlik yenilik haqqında heç bir əlavə məlumat yoxdur.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Sony Xperia Z1S" smartfonunun noyabrın 12-də Şanxayda elan ediləcəyi gözlənilir.

Emil Hüseynov




25/10/13    Çap et