Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Retina displeyli “iPad Mini” defisit olacaq


Satışlara başlandıqdan sonra Retina displeylə təchiz edilmiş “iPad Mini” planşetini satın almaq, demək olar ki, mümkün olmayacaq. Məsələ ondadır ki, “Apple”ın tərəfdaşları tələb olunan miqdarda yeni planşet yığmağın öhdəsindən gəlmirlər.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, defisitə səbəb Retina displeylərin kəskin çatışmazlığıdır. Nəticədə şirkət nəzərdə tutulmuş sayda qurğuların təxminən 33%-ni yığmağa müvəffəq olacaq.

Emil Hüseynov
 
 
 




28/10/13    Çap et