Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia”dan internetsiz də istifadə etmək mümkün olacaq


“Wikimedia Foundation” fondu “Airtel” şirkəti ilə birgə layihə istifadəyə verib. Fondun rəsmi bloqunda yazılıb ki, söhbət “Wikipedia” ensiklopediyasından oflayn istifadə üçün ödənişsiz SMS xidmətindən  gedir. Yeni xidmət “Wikipedia Zero” adlanır.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, layihə hələ pilot mərhələsindədir. Xidmət Keniyada üç ay müddətində sınaqdan keçiriləcək. Onlayn ensiklopediyadan oflayn istifadə üçün adi mobil telefon və smartfon sahibləri “*515#” kodunu yığmalı və bir neçə  dəqiqləşdirici SMS mesajdan sonra istifadəçilərə onlara lazım olan məqalə göndəriləcək.

“Wikipedia Zero” layihəsinin işləməsi üçün əlavə tətbiq quraşdırmağa ehtiyac yoxdur.

Emil Hüseynov
 




28/10/13    Çap et