Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts: İnternet bəşəriyyətin qlobal problemlərini heç vaxt həll etməyəcək


Bu yaxınlarda “Financial Times” nəşrinə eksklüziv müsahibəsində “Microsoft”un yaradısıcı və keçmiş baş direktoru Bill Qeyts olduqca maraqlı bəyanat verib:

"Mən İT sahəsini çox sevirəm, lakin həyat şəraitimizi yaxşılaşdırmaq üçün daha elementar şeylərə diqqət yetirmək lazımdır. Məsələn, aclıqdan əziyyət çəkən uşaqların qida ilə təmin edilməsi" - Qeyts deyib.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Google” və “Facebook” şirkətləri interneti planetin hər bir sakini üçün əlçatan etməyə çalışdığı halda, cənab Qeyts öz xeyriyyəçilik əməlləri ilə daha çox tanınır.

O, texnologiya və internetin adi insanların həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyinə inanmır. Beləliklə, məhz bu qlobal sual Bill Qeytsin və “Facebook”un direktoru Mark Zukerberqin (bu yaxınlarda 5 milyard insanı internetə qoşmağa söz verib) maraqlarını alt-üst edir.

Emil Hüseynov




04/11/13    Çap et