Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk virtual tarixi muzey yaradılır


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin qalibi olmuş "Virtual Qarabağ Tarixi muzeyinin yaradılması" layihəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyi də iştirak edəcək.
 
AMEA-dan bildirilib ki, bu barədə layihənin rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynov məlumat verib. Onun sözlərinə görə, Qarabağın milli geyimləri, xalçaları, arxeoloji eksponatları və bir çox maddi mədəniyyət abidələrimizin ən dəyərliləri bu muzeydə mühafizə olunur:
 
"Bu baxımdan, Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə yaradılan ilk virtual muzeyin işində yaxından iştirak edəcək və onun tərəfdaşı olacaq".
 

Həqiqət İSABALAYEVA




06/11/13    Çap et