Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Windows 7" əsaslı kompüterlər üçün "Internet Explorer 11" brauzeri çıxarılıb


Amerikanın "Microsoft" şirkəti "Windows 7" əməliyyat sistemi ilə işləyən kompüterlər üçün "Internet Explorer 11" (IE11) brauzerinin final versiyasını çıxarıb. Proqram 95 dildə əlçatandır.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, brauzeri "Microsoft"un rəsmi saytından yükləmək olar, yaxın həftələrdə isə istifadəçilərə avtomatik yeniləmə imkanı yaradılacaq.

"Windows 7" ƏS üçün "IE11" brauzeri daha yaxşı məhsuldarlığa, təhlükəsizliyə və sabitliyə malikdir.
Tərtibatçıların sözlərinə görə, "JavaScript" emalının sürətinə görə yeni brauzer "IE 10" ilə müqayisədə 9% və "Opera", "Firefox" və "Chrome" ilə müqayisədə 30% daha sürətlidir.
"IE11" brauzeri 25 yeni və təkmilləşdirilmiş veb-standartı dəstəkləyir.

Emil Hüseynov




08/11/13    Çap et